Serbiya Milli Məclisinin sədri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda səfərdə olan Serbiya Respublikası Milli Məclisinin sədri Maya Qoykoviçin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.
AzərTac.az