Sarkisyan hökumətin strukturunda dəyişiklik edib

Posted by

Sarkisyan hökumətin strukturunda dəyişiklik edibSarkisyan hökumətin strukturunda dəyişiklik edib

Sarkisyan hökumətin strukturunda dəyişiklik edib

Ermənistan lideri Serj Sarkisyan “Hökumətin strukturunda dəyişikliklər edilməsi haqqında” qanuna əlavə və dəyişiklikləri təsdiqləyib. Trend xəbər verir ki, bu barədə “Armenianreport” dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Qanun bir müddət əvvəl ölkə parlamenti tərəfindən qəbul edilmişdi.

 

Qeyd edək ki, bu qanunla Fövqəladə Hallar Nazirliyi ləğv edilərək Ərazilərin İdarə edilməsi Nazirliyi ilə birləşdirilir və Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyi yaradılır.

 

Trend.az