Sağlamlıq imkanları məhdud daha 30 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salındı

Posted by

Sağlamlıq imkanları məhdud daha 30 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salındı Sağlamlıq imkanları məhdud daha 30 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salındı

Sağlamlıq imkanları məhdud daha 30 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sağlamlıq imkanları məhdud uşaqlardan daha 30 nəfərini Türkiyəyə bərpa müalicəsinə göndərib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövründə keçən illə müqayisədə 52,1 faiz çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə bərpa müalicəsinə göndərilib

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində görülən işlər uğurla davam etdirilir. Nazirlik həmin uşaqlardan daha 30 nəfərini valideynlərindən birinin müşaiyəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Uşaqların və valideynlərinin yola salınması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ixtisaslaşmış bərpa müalicəsinin yüksək səviyyədə təşkilinin Prezident cənab İlham Əliyevin sosial siyasət kursunun mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb: “Bu istiqamətdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər yüksələn xətlə davam etdirilir. Əgər ötən il 161 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə bərpa müalicəsinə göndərilmişdisə, yalnız bu ilin ötən dövründə onların sayı 52,1 faiz artaraq 245 nəfərə çatıb ki, bu da ölkəmizdə bütün sosial proqramlar kimi, əlilliyi olan şəxslərlə bağlı proqramların da uğurla davam etdirildiyini göstərir”.

N.Məmmədov ölkəmizdən göndərilən həmin şəxslərin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirildiklərini qeyd edərək bildirib ki, həmin bölgə hətta çətin sağalan xəstəliklərin müalicəsində faydalı olan təbii müalicəvi resurslarla zəngindir: “Mərkəzdə də bu imkanlardan istifadə olunmaqla və innovativ tibbi texnologiyalar tətbiq edilməklə peşəkar həkim personalı tərəfindən səmərəli fizioterapevtik müalicə prosedurları həyata keçirilir. Bizim ötən müddətdə həmin mərkəzə göndərdiyimiz insanlar orda müalicə kurslarından sonra səhhətlərində xeyli yaxşılaşma olduğunu, həm müalicələrdən, həm də digər xidmətlərdən razı qaldıqlarını bizə bildirirlər. Göndərilən şəxslərlə yanaşı, nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunur ki, orada həm bu insanlara xidmətlərin göstərilməsi işlərinə nəzarət etsin, həm də Mərkəzin təcrübəsini öyrənsin”.

Uşaqların valideynləri övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkil olunmasının onlara Prezident qayğısının daha bir təzahürü olduğunu vurğulayıb, göstərilən bu böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

 

Trend.az