Sabah Bazeldə Kerri ilə Lavrov arasında görüş keçiriləcək
Dekabrın 4-də İsveçrənin Bazel şəhərində ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olacaq.
Diplomatik mənbələrdən daxil olan məlumatlara əsasən, görüşdə münaqişənin nizamlanma yolları və Minsk protokolunun icrası müzakirə ediləcək.
APA.az