Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 16-da saat 11:00-da Xidmətin Cəlilabad rayon şöbəsində Cəlilabad, Masallı və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.
Qurumdan bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların noyabrın 13-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
AZƏRTAC