Rövnəq Abdullayev: “Azərbaycan qazının Rusiyaya tədarükü 2015-ci ildən bərpa ediləcək”
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2015-ci ildən etibarən Rusiyaya qaz tədarükünü bərpa edəcək.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib.
“Hazırda müvafiq təmir işləri aparılır. Böyük ehtimalla, növbəti ildən etibarən Rusiyaya qaz tədarükünü bərpa edəcəyik”, – deyə R. Abdullayev bildirib.
Xatırladaq ki, ARDNŞ Rusiyaya qaz tədarükünü bu ilin avqust ayında dayandırıb. Tədarükün dayandırılmasına Bakı-Quba-Rusiya sərhəd yolu avtomobil yolunda və qaz nəqli infrastrukturunda aparılan tikinti və texniki işlər səbəb olub.
APA.az