Rusiyalı politoloq: “Dağlıq Qarabağ münaqişəsində həll tendensiyası mövcuddur”

Posted by

Rusiyalı politoloq: “Dağlıq Qarabağ münaqişəsində həll tendensiyası mövcuddur”Rusiyalı politoloq: “Dağlıq Qarabağ münaqişəsində həll tendensiyası mövcuddur”

Rusiyalı politoloq: “Dağlıq Qarabağ münaqişəsində həll tendensiyası mövcuddur”

“Postsovet məkanındakı münaqişələrin inkişafı haqqında bənzərlikdən danışmaq lazım deyil. Çünki bunlar bir-birindən köklü fərqlənirlər, hər birinin öz spesifik xüsusiyyəti var”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiyası İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov “Parlamentskaya qazeta” da keçirilən “Postsovet məkanında qaynar nöqtələr: silahlı münaqişənin yenidən başlanması riski və tənzimlənməsi perspektivləri” adlı dəyirmi masadakı çıxışında bildirib.

 

Ukraynada baş verən hadisələri şərh edən S. Markov deyib ki, bu münaqişənin əsas səbəbi “Co Baydenin başçılıq etdiyi dəstlə ilə NATO ölkələrinin Rusiyada dövlət çevriliş etmək və ya Rusiyanı dünyadan təcrid etmək” arzusudur: “Bu gün amerikalıların əsas hədəfi Ukrayna qoşunlarından Rusiyada vəziyyəti destabillşdirmək üçün istifadə etmək və Krımı geri qaytarmaqdır. Bu gün müstəqil Ukraynadan heç bir söhbət getmir və bu ölkəyə işğal olunmuş ölkə kimi baxmaq lazımdır. “De-fakto” biz ABŞ və Rusiya arasında gedən hibrid müharibəsi ilə məşğul oluruq”.

 

Rusiyalı ekspert Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı fikrilərini də söyləyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində həll tendensiyası mövcuddur: “Azərbaycan indi yeni formalaşan qüvvələr nisbətindən istifadə etməyə cəhd göstərir. Fransa və ABŞ münaqişənin həlli prosesindən kənara çəkiliblər. Hansı qərarın qəbul olunacağı hələlik aydın deyil. Lakin hesab edirəm ki, müvəqqəti, böyük tarixi kompromis əldə olunacaq”.

 

S. Markov işğal altındakı 7 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü söyləyib: “Bunun müqabilində Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokadasının qaldırılması müzakirə oluna bilər”.

 

Dnestryanı münaqişənin partlayış tendensiyasının olduğunu söyləyən rusiyalı politoloq bildirib ki, Abxaziya və Cənubi Osetiya konfliktlərinin qismən həll olunmuş hesab etmək olar: “Postsovet məkanında yeni münaqişələr olmayacaq”.

 

APA.az