Rusiya Federasiya Şurasının sədri Krım tatarlarına RF tərkibində milli muxtariyyət vəd edib
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Krımın Rusiyaya birləşəcəyi təqdirdə Krım tatarlarına milli və mədəni muxtariyyət vəd edib.
APA-nın məlumatına görə, bunu Valentina Matvienko “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
“Əgər Krımda keçiriləcək referendumda Rusiyanın tərkibinə qatılmaq qərarı veriləcəksə, Krım əhalisi Rusiya vətəndaşlarının hüquqlarından eyni səviyyədə istifadə edəcəklər. Onlar həmçinin Ukrayna ilə müqayisədə daha yüksək səviyyədə olan sosial standartlardan da bəhrələnə biləcəklər. Krım tatarları isə milli və mədəni muxtariyyət əldə etmək hüququna malik olacaqlar”, deyə Matviyenko vurğulayıb. O əlavə edib ki, Krım tatarları Rusiya qanunvericiliyində repressiyalara məruz qalmış xalqlara nəzərdə tutulmuş hüquqlardan tam həcmdə istifadə edə biləcəklər.
Apa.az