Rumıniya Prezidenti: BMT Dağlıq Qarabağ və digər münaqişələrə münasibətdə daha qətiyyətli olmalıdır

Posted by

Rumıniya Prezidenti: BMT Dağlıq Qarabağ və digər münaqişələrə münasibətdə daha qətiyyətli olmalıdırRumıniya Prezidenti: BMT Dağlıq Qarabağ və digər münaqişələrə münasibətdə daha qətiyyətli olmalıdır

Rumıniya Prezidenti: BMT Dağlıq Qarabağ və digər münaqişələrə münasibətdə daha qətiyyətli olmalıdır

Rumıniyanın AGERPRES agentliyinin məlumatına görə, BMT Baş Məclisinin 70-ci sessiyasında ümumi müzakirələrdə iştirak edən Rumıniya Prezidenti Klaus Yohannis deyib ki, BMT Dağlıq Qarabağ münaqişəsinə, Gürcüstandakı və Moldovadakı münaqişələrə münasibətdə daha qətiyyətli olmalıdır.

 

Rumıniya dövlətinin başçısı vurğulayıb ki, beynəlxalq hüquqa əsaslanmayan hər hansı status-kvo çox davamsız olur və arabir zorakılıq hallarına da gətirib çıxarır. Bu vəziyyətdə fəaliyyətsizlik suveren və müstəqil dövlətlərin ərazisini mənimsəməyin mümkün olması və bunun tolerantlıqla qarşılanması barədə səhv təəssürat yaradır.

 

AZƏRTAC