Rəsmi Bakı Aİ rəsmilərinin Azərbaycanda QHT-lər haqqında qanuna dəyişikliklərlə bağlı bəyanatına münasibət bildirib

Posted by

Rəsmi Bakı Aİ rəsmilərinin Azərbaycanda QHT-lər haqqında qanuna dəyişikliklərlə bağlı bəyanatına münasibət bildirib

Rəsmi Bakı Aİ rəsmilərinin Azərbaycanda QHT-lər haqqında qanuna dəyişikliklərlə bağlı bəyanatına münasibət bildirib

Rəsmi Bakı Aİ rəsmilərinin Azərbaycanda QHT-lər haqqında qanuna dəyişikliklərlə bağlı bəyanatına münasibət bildirib

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Ketrin Aşton və komissar Ştefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, qeyri-hökumət təşkilatlarının (QHT) və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanuna əlavə və dəyişikliklərlə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur. Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

 

E.Abdullayev bildirib ki, bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı “etibarlı” mənbələrə istinad etməsi maraq doğurur: “Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası tərəfindən öz üzərinə götürülən öhdəliklər yerinə yetirilib, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılıb”.

 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınıb: “Ortaq rəy ondan ibarət olub ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcək”.

 

E.Abdullayevin sözlərinə görə, QHT-lərin və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Aİ ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə, bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır.

 

XİN rəsmisi qeyd edib ki, ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir:

 

“2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının “İctimai iştirak haqqında” qanunu qəbul edilib. “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barədə nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanıb. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsil də nəzərdə tutulub”.

O, bildirib ki, Azərbaycanda QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir.

 

Trend.az