“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirib

Posted by

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirib“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” adlı sənədli film nümayiş olunub.

 

İdarənin rəisi Samir Nuriyev çıxış edərək 20 yanvar hadisələri barədə məlumat verib, bu hadisələrin Azərbaycanın müstəqilliyində oynadığı roldan danışıb.

 

Tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Ziyad Səmədzadə, təhsil nazirinin müavini Firudin Qurbanov, İçərişəhərin Ağsaqqallar Şurasının üzvləri Urxan Ələkbərov və Səadət Qəndilova çıxış edərək, faciənin səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib, bu günü Azərbaycan tarixinin müstəqilliyə gedən yoldakı dönüş nöqtəsi kimi qiymətləndiriblər.

 

Anım mərasiminin sonunda bəstəkar Sevinc Tofiqqızının 20 Yanvar faciəsinə həsr etdiyi “Ümid körpüləri” adlı musiqi kompozisiyasına çəkilən videofilm nümayiş etdirilib.

 

Apa.az