Riçard Morninqstar: “Ceyms Uorlikin bəyanatı ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox düzgün əks etdirir”

Posted by

“Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayon Azərbaycana qaytarılmalıdır”

“ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin Karnegi Fondunda verdiyi bəyanatlar çox önəmlidir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox düzgün əks etdirir: “Bəyanatın əsas məqsədi həm Ermənistan, həm də Azərbaycan tərəfini münaqişənin birdəfəlik dinc yolla həlli üçün zəruri addımlara çağırmaq və həvəsləndirməkdir”.

Səfir xatırladıb ki, həmsədrin çıxışında münaqişənin nizamlanması üçün gərəkli olan altı prinsip öz əksini tapıb. Onun sözlərinə görə, C. Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayon Azərbaycana qaytarılmalıdır. O, danışıqların artıq 20 ildir davam etməsinin məyusedici olduğunu söyləyərək hər iki tərəfdən müsbət addımların atılmasının zəruri olduğunu vurğulayıb.

Apa.az