Respublikanın elektrik enerjisi sistemində ciddi inkişafa nail olunmuşdur

Posted by

Yeni enerji obyektlərinin inşasında ən müasir texnologiyalar tətbiq edilməkdədir.

AzərTAc-a xəbər verir ki, bu sözləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında demişdir.

Bildirilmişdir ki, bunun nəticəsində respublikanın elektrik enerjisi sistemində təkcə kəmiyyət cəhətdən deyil, keyfiyyət baxımından da ciddi inkişafa nail olunmuşdur.

Stansiyaların əsas texnoloji keyfiyyət göstəricisi olan faydalı iş əmsalı artmış, ekoloji təmizlik prinsiplərinə əməl olunmuşdur. Belə ki, hər kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 415 qramdan 305 qrama qədər, yəni 25 faizdən çox azaldılmışdır.

Bu isə hər il təxminən 2 milyon ton şərti yanacağa qənaət etməyə imkan vermişdir.

AzərTAc.az