Regional mədəniyyət və turizm idarələrinin ştat vahidi müəyyən edildi
Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən fərmanım 3-cü hissəsi aşağıdakı redaksiyada verilir:
“3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi cəmi 379 ştat vahidi olmaqla, Nazirliyin aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilsin.”.
Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 14.3-cü bəndi aşağıdakı redaksiyada verilir:
“14.3. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini və onların müavinlərini, işçilərini, habelə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla, Nazirliyin nomenklaturasına daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir;”.
Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturu”nun 3-cü və 4-cü bəndləri aşağıdakı redaksiyada verilir:
“3. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi.
4. Regional mədəniyyət və turizm idarələri.”.
Trend.az