Ərdoğan Ukraynadakı vəziyyətin Minsk sazişinə əsasən həll edilməsinə çağırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyətin Minsk sazişinə əsasən həll edilməsinə çağırıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə birgə mətbuat konfransında bildirib.
“Ukrayna böhranına gəldikdə, biz bəyan edirik ki, bu problem beynəlxalq hüquq çərçivəsində və Minsk sazişinin əsasında həll olunmalıdır. Bu bizim ümumi mövqeyimizdir”, deyə Ərdoğan qeyd edib.
APA.az