İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri: “Azərbaycanla İran arasında əlaqələrin inkişafı hər iki ölkə üçün faydalıdır”

Posted by

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri: “Azərbaycanla İran arasında əlaqələrin inkişafı hər iki ölkə üçün faydalıdır”İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri: “Azərbaycanla İran arasında əlaqələrin inkişafı hər iki ölkə üçün faydalıdır”

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri: “Azərbaycanla İran arasında əlaqələrin inkişafı hər iki ölkə üçün faydalıdır”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

QMİ-dən APA-ya verilən məlumata görə, görüşdən əvvəl iranlı qonaqlar əvvəlcə Təzə Pir məscid-kompleksini ziyarət ediblər.

 

Görüş zamanı QMİ sədri iki ölkə arasında dostluq və səmimiyyət əsasında qurulan münasibətlərin getdikcə daha da inkişaf etdiyini bildirib, bu işdə iki ölkə arasındakı mədəni əlaqələrin xüsusi rol oynadığını vurğulayıb. Şeyxülislam Ə.İ.Türkməni Mədəniyyət və İslami Əlaqələr Təşkilatına sədr seçilməsi münasibətilə təbrik edib və işlərində uğurlar diləyib. İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən öz növbəsində səmimi qəbula görə Şeyxülislama minnətdarlığını bildirib və Azərbaycanla İran arasındakı əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olduğunu söyləyib. İranlı qonaq təşkilat sədri qismində ilk xarici səfərini məhz Azərbaycana gerçəkləşdirdiyini vurğulayıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

Görüşdə Şeyxülislamın İrana son səfərinin uğurlu keçməsindən məmnunluq hissi ifadə olunaraq ikitərəfli əlaqələrin genişləndirilməsində bu cür səfərlərin önəmi qeyd olunub. Tərəflər iki ölkə xalqının müştərək mədəniyyət, tarix, din, dil və adət-ənənələrə malik olduğunu bildirərək mədəniyyət sahəsində əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.

 

Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavinləri Hacı Sabir Həsənli və Hacı Fuad Nurullah, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, habelə İranın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və başqaları iştirak ediblər.

 

Apa.az