İranın Araz iqtisadi zonasında Azərbaycan vətəndaşları üçün iş imkanı

Posted by

İranın Araz iqtisadi zonasında Azərbaycan vətəndaşları üçün iş imkanıİranın Araz iqtisadi zonasında Azərbaycan vətəndaşları üçün iş imkanı

İranın Araz iqtisadi zonasında Azərbaycan vətəndaşları üçün iş imkanı

İranın Araz azad ticarət-sənaye zonasında Azərbaycan vətəndaşları üçün iş imkanı var və hazırda da burada Azərbaycan vətəndaşları işləyirlər. Bunu Trend-ə eksklüziv açıqlamasında Araz azad ticarət-sənaye zonasının sədr müavini Fərrux Məscidi deyib.

 

F.Məscidi bildirib ki, İranın Culfa, Biləsuvar, Parsabad və Aslandüz sərhəd bölgələrinə yaxın ərazilərdə yaşayan Azərbaycan vətəndaşları üçün Araz azad ticarət-sənaye zonasında iş imkanı var.

 

Qeyd edək ki, Azərbaycanın Biləsuvar, Füzuli rayonları və Naxçıvan Muxtar Respublikası İranın bu bölgəsi ilə həmsərhəddir.

 

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Araz zonasında işləməsi üçün heç bir məhdudiyyət yoxdur: “Araz azad zonasında Azərbaycan vətəndaşlarına işləmək üçün sadə şərtlərlə lisenziya verilir və sərhədi keçdikdən sonra İran ərazisində uzun müddət qala bilərlər”.

 

F.Məscidi əlavə edib ki, sərhədi keçdikdən sonra 15 gün qalmaq məhdudiyyəti Araz iqtisadi zonasında çalışan işçilərə tətbiq olunmayacaq.

 

Qeyd edək ki, İranın Azərbaycanla həmsərhəd olan Culfa rayonu ərazisində 9 il əvvəl yaradılan Araz azad ticarət-sənaye Zonasında fəaliyyət göstərən müəssisələr 20 il vergidən və digər rüsumlardan azad edilirlər. Bu həm də xarici iş adamlarına aiddir.

 

Araz iqtisadi zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayaraq Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. Zonanın Culfa şəhərində ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli-Xudafərin bölgəsində yerləşir. Artıq Azərbaycandan da bir neçə sahibkar bu zonada sərmayə qoyub.

 

Trend.az