İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti Bakıya səfər edib
İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti xanım Şəhindoxt Molaverdi oktyabrın 19-da Azərbaycana səfər edib.
Səfərin məqsədi Bakıda keçiriləcək “Davamlı inkişafda qadınların rolu” mövzusunda Beynəlxalq konfransda iştirak etməkdir.
Ş.Molaverdinin Azərbaycanda bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
AzərTac.az