İranla “altılıq” ölkələri müştərək komissiya yaradır

Posted by

İranla “altılıq” ölkələri müştərək komissiya yaradır

 

İranla “altılıq” ölkələri müştərək komissiya yaradır

İranla “altılıq” ölkələri müştərək komissiya yaradır

 

İranla “altılıq” ölkələri müştərək komissiya yaradır.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı keçirdiyi brifinqdə açıqlama verib.

 

Onun sözlərinə görə, bunda məqsəd Cenevrə razılaşmasının qüvvəyə minməsinə maneə törədən amillərin müəyyənləşdirilməsi və aradan qaldırılmasıdır: “Tərəflər bir növ Cenevrə razılaşmasının qüvvəyə minməsi ilə məşğuldurlar. Ancaq bəzi maneələrdən dolayı nüvə razılaşması tamamilə qüvvəyə minmir. Bu mövzu tərəflər arasında mütəxəssislər səviyyəsində müzakirə ediləcək”.

 

A.Əraqçı həmçinin ABŞ başda olmaqla digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərinə də toxunub: “Bu cür görüşlər normaldır. Bu cür görüşləri ehtiyac hiss etdiyimiz zaman həyata keçiririk və buna da davam edəcəyik. Bu dəfər də eynisini etdik. Eyni zamanda digər ölkələrlə müqayisədə ABŞ-la müzakirələr daha çox və intensiv həyata keçirilir. Çünki İrana qarşı sanksiyalar, xüsusilə birtərəfli sanksiyalar ABŞ tərəfindən tətbiq edilib. Ona görə də maneələrin aradan qaldırılması üçün ABŞ-la bu cür intensiv görüşlərin keçirilməsi normaldır”.

 

Eyni zamanda İran rəsmisi növbəti müzakirələrin məkanının Vyana olacağını, zamanının isə bu gün dəqiqləşəcəyini söyləyib.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 8-də Vyanada başlayıb.

 

Apa.az