İranda casusluq ittihamı ilə cəza çəkən iki vətəndaşımız Azərbaycana qaytarılıb

Posted by

İran həbsxanalarında cəza çəkən iki Azərbaycan vətəndaşı ölkəsinə qaytarılıb. Bu barədə Trend məlumatlı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, məhbusların təhvil verilməsi Azərbaycan və İran arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub.

İranın tnews.ir xəbər portalının məlumatına görə, İranda cəza çəkən və Azərbaycana qaytarılmış bu iki məhbus casusluqda ittiham olunurmuşlar. Saytın məlumatına görə, qaytarılmış məhbusların birinin adı Eyvaz Məmmədovdur.

Qeyd edək ki, ötən gün həmçinin Azərbaycan həbsxanalarında cəza çəkən 14 İran vətəndaşı Astara keçid məntəqəsində İranın məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib. Yaxın günlərdə Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun İrana qaytarılması nəzərdə tutulub.

Bundan öncə mart ayının 20-də Azərbaycan həbsxanalarında cəza çəkən 11 İran vətəndaşı Astara keçid məntəqəsindən İrana qaytarılmışdı.

Trend.az