İran XİN: Dağlıq Qarabağ münaqişəsi əvvəlcə ikitərəfli formada həll olunmalıdır
“Əgər Bakı və Yerevan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçiliyini qəbul edirlərsə, bu onların özü işidir”.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, təcrübə göstərir ki, əvvəlcə məsələ ikitərəfli formada, sonra isə regional dövlətlərin iştirakı ilə həll olunmalıdır: “Biz digər münaqişələrlə bağlı da bu cür yanaşma ilə çıxış edirik. Məsələn, Suriya və Əfqanıstanla bağlı məsələlərdə də eyni mövqeyə malikik”.
Trend.az