İran XİN başçısı ölkə rəhbərliyi ilə məsləhətləşmək üçün Vyanadan Tehrana qayıdır

Posted by

İran XİN başçısı ölkə rəhbərliyi ilə məsləhətləşmək üçün Vyanadan Tehrana qayıdırİran XİN başçısı ölkə rəhbərliyi ilə məsləhətləşmək üçün Vyanadan Tehrana qayıdır

İran XİN başçısı ölkə rəhbərliyi ilə məsləhətləşmək üçün Vyanadan Tehrana qayıdır

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə rəhbərliyi ilə məsləhətləşmək üçün Tehrana qayıdacaq.

 

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, Vyanada keçirilən müzakirələrdən sonra M. Zərifin qısa müddətə İrana dönəcəyi bildirilir.

 

Qeyd edək ki, dünən və bu gün M. Zərif, Con Kerri və Ketrin Eşton arasında görüşlər keçirilib. Bu gün həmçinin İran, İngiltərə və Fransa XİN başçıları arasında üçtərəfli görüş keçirilib.

 

İran XİN başçısının həftəsonu yenidən Vyanaya yollanacağı gözlənilir.

 

Xatırladaq ki, Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların final mərhələsi keçirilir.

 

APA.az