İran XİN: Azərbaycan və İran prezidentlərinin görüşü əlaqələrin yeni başlanğıcı olacaq

Posted by

İran XİN: Azərbaycan və İran prezidentlərinin görüşü əlaqələrin yeni başlanğıcı olacaq

 

İran XİN: Azərbaycan və İran prezidentlərinin görüşü əlaqələrin yeni başlanğıcı olacaq

İran XİN: Azərbaycan və İran prezidentlərinin görüşü əlaqələrin yeni başlanğıcı olacaq

 

Davosda Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin görüşü Bakı-Tehran əlaqələrində yeni başlanğıc olacaq. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur bu gün keçirdiyi mətbuat konfransında deyib.

İ.Rəhimpur qeyd edib ki, iki ölkənin əlaqələrinin inkişafı üçün hər iki dövlət rəhbəri ciddi iradə göstərir: “Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev uzun illərdir İrana səfər etmirdi. Davosda iki ölkə rəhbərinin görüşündən sonra bu səfərin həyata keçirilməsi nəzərdə tutulub. Əməkdaşlığın artırılması üçün xüsusi iş cədvəli hazırlanıb. Bu iş cədvəlində müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün müzakirələr aparılacaq. İqtisadi, siyasi, hərbi, mədəni, enerji, neft və qaz sahəsində müzakirələr aparılacaq. 2014-cü ildə bu sahələrdə əməkdaşlığı artırmaq üçün nümayəndə heyətlərinin səfəri nəzərdə tutulub. İki ölkə arasında əlaqələri genişləndirmək üçün iş cədvəlini çox zənginləşdirmişik və demək olar ki, Türkiyə ilə əlaqələrimiz səviyyəsində Azərbaycanla əlaqələrimizi artırmaq niyytəndəyik”.

O, Bakıda müxtəlif görüşlər keçirdiyini və bu görüşlərdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün Davosda ölkə rəhbərlərinin verdiyi yeni qərarın icrasının müzakirə olunduğunu deyib.

Nazir müavini bildirib ki, Azərbaycan və İran regionun iki ən əhəmiyyətli dövlətidir: “Bu iki ölkə arasında ticarət əlaqələri yarım milyard dollardır və bu məbləğin artırılması üçün ciddi iradə nümayiş etdiriləcək. İran və Azərbaycan münasibətlərinin yaxşı olması regionun təhlükəsizliyi və sabitliyinin xeyrinədir. İki ölkə ikitərəfli, regional, həm də beynəlxalq aləmdə əməkdaşlıq edir”.

İ.Rəhimpur sabah Naxçıvana səfər edəcəyini deyib: “Azərbaycanın bu guşəsində də əlaqələrin inkişafı üçün müzakirələr aparacağam. Güclü və iqitisadi baxımdan inkişaf etmiş Azərbaycanı görməyimə çox sevinirəm”.

O, İranın yeni hökumətinin ilk nümayəndəsi olaraq Bakıya üç günlük səfərə gəldiyini bildirib: “Mənim səfərimdən sonra Azərbaycandan İrana müxtəlif səfərlər baş tutacaq. Sabah fövqəladə hallar naziri Kəmalədin Heydərov İrana səfər edəcək. Onun İranda bir neçə görüşləri nəzərdə tutulub. Bu səfərdən sonra da Azərbaycandan İrana bir neçə nazir səfər edəcək”.

Viza məsələsinə toxunan İ.Rəhimpur bildirib ki, İran tərəfi şad olardı ki, Azərbaycan İran vətəndaşları üçün viza rejimini ləğv etsin.

Xəzərin hüquqi statusu ilə bağlı suala nazir müavini deyib ki, Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfovla görüşündə həm ikitərəfli, həm də beştərəfli formatda müzakirələrin aparılmasının vacibliyi qeyd olunub. O, ümidvar olduğunu bildirib ki, ölkələr arasında həll olunmamış məsələ qalmayacaq: “Xəzər dənizi sülh dənizidir və onun sərvətləri həm indiki, həm də gələcək nəsillər üçün qorunmalıdır”.

Qeyd edək ki, İ.Rəhimpur Bakıdan sonra martın 15-16-da Naxçıvana səfər edəcək. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmilərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Trend.az