İran parlamenti Prezidentin elm naziri vəzifəsinə namizədini bəyənib

Posted by

İran parlamenti Prezidentin elm naziri vəzifəsinə namizədini bəyənibİran parlamenti Prezidentin elm naziri vəzifəsinə namizədini bəyənib

İran parlamenti Prezidentin elm naziri vəzifəsinə namizədini bəyənib

İran parlamenti ölkə Prezidenti Həsən Ruhaninin elm, araşdırmalar və texnologiyalar naziri vəzifəsinə irəli sürdüyü namizədi bəyənib. Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, parlament buna qədər H.Ruhaninin 4 namizədini geri qaytarmışdı.

 

İran parlamentinin deputatları noyabrın 26-da keçirilən iclasda Məhəmməd Fərhadinin namizədliyinə rəy veriblər.

 

Qeyd edək ki, M.Fərhadi daha əvvəl səhiyyə və tibbi təhsil naziri, eləcə də elm naziri olub.

 

Trend.az