İran nümayəndə heyəti Dövlət Bayrağı Meydanında olub

Posted by

İran nümayəndə heyəti Dövlət Bayrağı Meydanında olub

İran nümayəndə heyəti Dövlət Bayrağı Meydanında olub

 

 

İran nümayəndə heyəti Dövlət Bayrağı Meydanında olub

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-da Dövlət Bayrağı Meydanında olub.

 

AzərTAc xəbər verir ki, iranlı qonaqlara dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi Dövlət Bayrağı Meydanı haqqında məlumat verilib.

 

Meydanı gəzən İran nümayəndə heyətinin üzvləri, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi və oradakı nadir eksponatlarla tanış olublar.

 

Dövlət Bayrağı Meydanı qonaqlarda böyük təəssürat yaradıb.

 

AzərTac.az