Rabitə və yüksək texnologiyalar naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Posted by

Rabitə və yüksək texnologiyalar naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Kürdəmirdə vətəndaşları qəbul edib

 

 

Rabitə və yüksək texnologiyalar naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər.

 

AzərTAc xəbər verir ki, tərtib olunmuş qrafikə əsasən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 21-də Kürdəmirdə bu rayonun sakinləri ilə yanaşı, Ucar, Göyçay, Ağdaş, Qəbələ, Mingəçevir və İsmayıllıdan olan vətəndaşları qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı da təmin olunub. Habelə müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

 

Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet, poçt, televiziya və radio yayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Məsələn, Kürdəmirin 18 kəndində telefon xidmətinin yaxşılaşdırılması, sürətli və keyfiyyətli internet xidməti üçün 35 kolimetr məsafəyə fibrooptik kabel xəttinin çəkilməsi üşün lazımi tədbirlər görülməsi məqsədilə araşdırmalar aparılması qərara alınıb.

 

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Bununla əlaqədar vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeyiyyata alınıb.

 

Vətəndaşlar səmimi qəbula və yaradılan şəraitə görə razılıqlarını bildiriblər.

 

AzərTac.az