Rabitə və yüksək texnologiyalar naziri Astarada vətəndaşları qəbul edəcək
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov aprel ayının 19-u saat 12:00-da Astara rayonunda vətəndaşları qəbul edəcək.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonlarının əhalisi iştirak edə bilər.
Qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Apa.az