Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyi münasibətilə fevralın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə güllər düzülmüş və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
AzərTac.az