Rabitə naziri: Azərbaycan əhalisinin güzəştli kateqoriyaları rəqəmsal TV-yə pulsuz çıxış əldə edəcəklər
Yaxın vaxtlarda Azərbaycan hökuməti dövlət ünvalı sosial yardımı alan ailələrə rəqəmsal TV dekoderlərinin pulsuz verilməsi haqqında qərar qəbul edəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, ölkə əhalisinin hamısı rəqəmsal televiziya dekoderləri ilə təmin olunmayınca analoq siqnallar tam dayandırılmayacaq: “Müşahidələrimizə görə, bu gün əhali rəqəmsal TV dekoderlərinin alınmasında özü maraqlıdır. Daxili bazarda bu qurğunun qiyməti təxminən 25-40 manat təşkil edir. Sosial TV paketində 11 proqram təqdim edilib. Bundan başqa, bazarda təxminən 100 kanaldan ibarət paketə qoşulmağı təklif edən şirkətlər var”.
Əhalinin güzəştli kateqoriyalarına rəqəmsal televiziya dekoderlərinin çatdırılması ilə “Azərpoct” MMC məşğul olacaq. Söhbət ünvanlı yardım alan 132 min aztəminatlı ailədən gedir. Dekoderlərin istehsalı üçün təxminən 5,4 milyon manat vəsait tələb olunur.
Trend.az