İqtisadiyyat və Sənaye Nazirliyi ADA Universiteti ilə əməkdaşlıq edəcək

Posted by

İqtisadiyyat və Sənaye Nazirliyi ADA Universiteti ilə əməkdaşlıq edəcək

 

İqtisadiyyat və Sənaye Nazirliyi ADA Universiteti ilə əməkdaşlıq edəcək

İqtisadiyyat və Sənaye Nazirliyi ADA Universiteti ilə əməkdaşlıq edəcək

 

ADA Universiteti və İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənədi xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalayıblar.

Memorandumda ADA Universiteti və İqtisadiyyat və Sənaye Nazirliyi arasında bir sıra istiqamətlər üzrə əməkdaşlıq öz əksini tapıb.

Belə ki, ADA Universitetində yaradılacaq İnnovasiya Laboratoriyası və İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq strukturları universitetdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək biznes inkubatorunun formalaşdırılması üçün təcrübə mübadiləsi aparacaq və Nazirliyin biznes inkubatorları ilə qarşılıqlı əməkdaşlıq həyata keçiriləcək. Sənədə uyğun olaraq, tərəflər Sumqayıt Kimya Sənaye Parkının və digər potensial iqtisadi zonaların marketinq və brendinq strategiyalarının, habelə ölkənin qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb olunması konsepsiyasının hazırlanmasında əməkdaşlıq edəcəklər.

Bununla yanaşı, ADA Universitetinin Biznes İnstitutu (School of Business) və Nazirliyin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar üçün təlimlərin keçirilməsi, təlim strategiyasının təkmilləşdirilməsi, tələbələr arasında innovasiya müsabiqələrinin təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

Memorandumda həmçinin, Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və ADA Universiteti tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətinin dəstəkləməsi, birgə elmi-praktik konfransların, biznes forumların və digər müştərək tədbirlərin keçirilməsi, elmi-tədqiqatların aparılması nəzərdə tutulur.

 

Trend.az