İqtisadiyyat və sənaye naziri Hacıqabulda vətəndaşları qəbul edib

Posted by

İqtisadiyyat və sənaye naziri Hacıqabulda vətəndaşları qəbul edibİqtisadiyyat və sənaye naziri Hacıqabulda vətəndaşları qəbul edib

İqtisadiyyat və sənaye naziri Hacıqabulda vətəndaşları qəbul edib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul 10 saylı məktəb-liseydə keçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarından 40-a yaxın vətəndaş iştirak edib.

 

Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciətlər edib. Nazir qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləmiş, bir sıra müraciәtlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verib.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

 

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir tərəfindən qəbul edilib.

 

 

Apa.az