Qrant müsabiqəsi ilə bağlı QHT-lərə məlumatlandırma sessiyası keçirilib
QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib.
Qurumdan Trend-ə verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək müsabiqə mövzuları, qaydaları, şərtləri müraciət forması və layihə qəbulu üzrə elektron proqram təminatı haqqında ətraflı məlumat verib.
Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.
Trend.az