QMİ fətva xarakterli bəyanatlar verən müxtəlif dini təriqətlərə xəbərdarlıq edib

Posted by

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müxtəlif dini məzmunda fətva xarakterli bəyanatlarla çıxış edən dini təriqətlərə xəbərdarlıq edib.

QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında həmin dini icmalara, təriqətlərə xitabən bildirib ki, nəinki Azərbaycanda, hətta bütün Qafqaz müsəlmanları arasında fətva vermək səlahiyyəti yalnız QMİ-yə məxsusdur.

O qeyd edib ki, bütün Qafqazda QMİ-dən başqa heç kimin, heç bir qurumun fətva vermək səlahiyyəti yoxdur: “Bunu edənlər ciddi səhvə yol verirlər. QMİ heç vaxt hansısa döyüşlə bağlı fətva vermir. Şəriət işlərinə ancaq bizim idarə baxır və onun fətva şöbəsi qərar verir”.

QMİ rəsmisi həmin dini təriqətlərə ciddi xəbərdarlıq da edib: “Onlara buradan bildirmək istəyirəm ki, özbaşına iş görməsinlər və hüquqları olmayan, özlərinə aid olmayan işlərə qarışmasınlar. Əks halda, bu hərəkətləri onlar üçün yaxşı nəticə verməyəcək”.