Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilib

Posted by

Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilibQiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilib

Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilib

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Trend xəbər verir ki, hökumətin qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ın 12-ci sətrində (“Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma və s.) “və hərəkət” sözləri” hərəkət və dəniz üzgüçülüyünün” sözləri ilə əvəz edilir.

 

Trend.az