QHT-lərin Ümumrespublika Forumu keçirilib

Posted by

QHT-lərin Ümumrespublika Forumu keçirilibQHT-lərin Ümumrespublika Forumu keçirilib

QHT-lərin Ümumrespublika Forumu keçirilib

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitdən qənaətlə istifadə olunub. Belə ki, 360 min manat dəyərində vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur.

 

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 26-da keçirilən QHT-lərin Ümumrespublika Forumunda məlumat verilib.

 

Forumda çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, əsas məqsəd 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir.

 

Bildirilib ki, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb.

 

Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərindən danışıb. O deyib ki, hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunur. Şuranın katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görüb, onlar haqqında müxtəlif qərarlar qəbul edib. 89 yerli və xarici QHT-dən 135 min 843 manat vəsait tutulub. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək.

 

Toplantıda çıxış edən QHT rəhbərləri Şuranın növbəti il üçün maliyyə yardımı müsabiqəsi mövzuları ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

 

AZƏRTAC