QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Budapeştdə səfərdədir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları və QHT rəhbərlərindən ibarət nümayəndə heyətinin Macarıstanın paytaxtı Budapeştə səfəri başlayıb.
Şuranın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şuranın xarici QHT-lərin layihələrinə dəstək proqramı çərçivəsində maliyyələşdirdiyi Macarıstanın “Subyektiv Dəyərlər” Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfərin ilk günündə tərəflərin iştirakı ilə toplantı keçirilib.
İclasda qarşıdakı günlərdə keçiriləcək görüşlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra nümayəndə heyətinin Budapeşt şəhəri ilə tanışlıq gəzintisi təşkil olunub. Macarıstan parlamentində də olan Azərbaycan nümayəndə heyəti qanunverici orqanın iş fəaliyyəti ilə yaxından tanış edilib. Sabah isə Macarıstanın tanınmış QHT-ləri ilə təcrübə mübadiləsi məqsədi ilə görüş keçiriləcək.
Apa.az