Qaradağda “Məşğulluq Strategiyasının həyata keçirilməsi istiqamətində işəgötürənlərin rolu” mövzusunda tədbir keçirilib
29 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə “Məşğulluq Strategiyasının həyata keçirilməsi istiqamətində işəgötürənlərin rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov, idarə müəssisə və təşkilat rəhbərləri iştirak edirdi.
Baş tutan tədbirdə dövlət rəhbərliyi səviyyəsində görülən işlərin əhəmiyyəti bildirildi. Bu istiqamətdə görülən işlərə diqqətçəkən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirdi ki, əsas məqsəd rayon əhalisinin işlə təminidir.
Qaradağ Rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov mövzu ilə bağlı çıxış edərək rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinə “Əmək Bazarında” yaranmış çətinliklərdən danışdı. Bu gün qarşımızda duran əsas məsələnin sosial müdafiəyə daha çox ehtiyacı olan, işə düzəlməkdə çətinlik cəkən vətəndaşların işlə təmin olunması problemlərinin həlli olduğunu qeyd etdi.
Daha sonra çıxış edənlər cəzaçəkmə müəssisələrindən azad olunmuş vətəndaşların işlə təmin olunması məsələsi haqqında danışaraq onların cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra işlə təmin olunmasının vacibliyini vurğuladılar. Peşə yönümü ilə bağlı gənclərin və xüsusi müdafiəyə ehtiyacı olan vətəndaşların işlə təmin olunması ilə əlaqədar maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçirilməsi xüsusi qeyd edildi.
Trend.az