Qarabağ Araşdırmalar Mərkəzində tələbələr üçün növbəti qısamüddətli kurslar başa çatıb

Posted by

Qarabağ Araşdırmalar Mərkəzində tələbələr üçün növbəti qısamüddətli kurslar başa çatıb

 

Qarabağ Araşdırmalar Mərkəzində tələbələr üçün növbəti qısamüddətli kurslar başa çatıb

Qarabağ Araşdırmalar Mərkəzində tələbələr üçün növbəti qısamüddətli kurslar başa çatıb

 

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.

 

İctimai Birlikdən APA-ya verilən məlumata görə, aprelin 1-dən 11-dək davam edən kursların budəfəki dinləyiciləri Bakı Slavyan Universitetinin tələbələri olublar. Sonuncu mühazirəni Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda oxuyub. Dövlətin son vaxtlar hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov eyni zamanda dinləyicilərin nəzərinə çatdırıb ki, Azərbaycan prezidenti İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: “Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir”.

 

Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”; Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyətinin üzvü, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti. Qaradağlı soyqırımı”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyətinin üzvü, Milli Məslisinin deputatı Elman Məmmədov “Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı”; Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi” mövzularda proqram üzrə mühazirələr oxumuşlar.

 

Kusların sonunda dinləyicilərə müvafiq sertifikatkar təqdim edilib.

 

Apa.az