Putin: Rusiya və Türkiyənin üst-üstə düşən regional maraqları çoxdur

Posted by

Putin: Rusiya və Türkiyənin üst-üstə düşən regional maraqları çoxdurPutin: Rusiya və Türkiyənin üst-üstə düşən regional maraqları çoxdur

Putin: Rusiya və Türkiyənin üst-üstə düşən regional maraqları çoxdur

Rusiya və Türkiyənin üst-üstə düşən xeyli regional maraqları var və Türkiyənin iştirakı olmadan bu məsələləri həll etmək mümkün deyil. Trend xəbər verir ki, bunu cümə axşamı Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərə maraq göstərir və Moskva bu münasibətləri inkişaf etdirəcək.

 

Kipr məsələsinə toxunan RF Prezidenti qeyd edib ki, Moskva balanslaşdırılmış mövqe tutmağa və adanın həm Türkiyə, həm də yunan tərəfini qane edə biləcək həll yolunu tapmağa çalışır: “Bizim Türkiyə ilə çox səmimi münasibətlərimiz var. Biz həmişə olduğu kimi, məsələnin balanslaşdırılmış həlli üçün səy göstərəcəyik”.

 

Trend.az