Prezident İlham Əliyevin Münhendə Türkiyənin Baş naziri ilə görüşü olub

Posted by

Bu gün Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub.

Görüşdə ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Trend.az