Prezident İlham Əliyev İtaliyanın Nazirlər Şurasının dövlət katibini qəbul edib

Posted by

Prezident İlham Əliyev İtaliyanın Nazirlər Şurasının dövlət katibini qəbul edib

 

Prezident İlham Əliyev İtaliyanın Nazirlər Şurasının dövlət katibini qəbul edib

Prezident İlham Əliyev İtaliyanın Nazirlər Şurasının dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasının səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətinin tədbirdə iştirakının önəmini qeyd etdi.

 

İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasında iştirakından məmnun olduğunu dedi. O, İtaliya Respublikasının Baş naziri Matteo Renzinin Prezident İlham Əliyevlə ötənilki görüşünü məmnunluqla xatırlayaraq Baş nazirin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qonaq “Cənub Qaz Dəhlizi” layihəsinin həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Ölkəsinin bütövlükdə bu layihəyə, xüsusilə Trans-Adriatik boru kəmərinin çəkilişinə böyük dəstək verdiyini və İtaliya hökumətinin bu istiqamətdə lazımi addımları atacağını deyən Klaudio De Vinçenti layihənin enerji təchizatı və nəqlinin şaxələndirilməsi baxımından da vacib olduğunu qeyd etdi.

 

Görüşdə ölkələrimiz arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi, bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Dövlətimizin başçısı İtaliya Respublikasının Baş naziri Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

 

Trend.az