Prezident İlham Əliyev Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.
Səfir Neboyşa Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Səfir Neboyşa Rodiç ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
AzərTac.az