Prezident İlham Əliyev “KİV haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, Qanunun 44-cü maddəsinə əlavə edilən üçüncü hissədə bildirilir:
“Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.
Trend.az