Prezident İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanın etimadnaməsini qəbul etmişdir.

Səfir Vitezslav Pivonka fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vitezslav Pivonka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Azərbaycanın dövlət başçısı ilə bu yaxınlarda Soçidə görüşünü böyük məmnunluq hissi ilə xatırladığını vurğuladı. Vitezslav Pivonka Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşünü xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çex Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi.

Trend.az