Prezident İlham Əliyev Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sazişləri təsdiq edib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” 2014-cü il fevralın 20-də Bakı şəhərində imzalanmış sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan hökumətini xəbərdar etmək tapşırılıb.
Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2013-cü il noyabrın 14-də Bakı şəhərində imzalanmış sazişi və “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” 2014-cü il fevralın 10-da Bağdad şəhərində imzalanmış sazişi təsdiq edib.
Trend.az