Prezident İlham Əliyev AMEA-nın Nizamnaməsini təsdiq edib

Posted by

Prezident İlham Əliyev AMEA-nın Nizamnaməsini təsdiq edibPrezident İlham Əliyev AMEA-nın Nizamnaməsini təsdiq edib

Prezident İlham Əliyev AMEA-nın Nizamnaməsini təsdiq edib

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli fərmanının ləğvi barədə fərman imzalayıb.

 

Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıb ki, Akademiyanın ümumi yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilsin.

 

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmanla təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 6.2-ci bəndinə uyğun olaraq, AMEA-nın strukturunu və işçilərinin say həddini təsdiq etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

 

Trend/az