Prezident Binəqədi rayonunda tikilən yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanış olub
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.
APA-nın xəbərinə görə, prezidentə məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilib. Dövlət başçısı ayrı-ayrı inşaat sahələrini gəzib, tikintinin gedişi ilə yaxından tanış olub və müvafiq tapşırıqlar verib.
Apa.az