Prezident Administrasiyasında Gənclər təşkilatları ilə iş sektoru yaradıldı
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.
Trend-in məlumatına görə, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.
Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.
Trend.az