Press-reliz: Söz Azadlığını Müdafiə Fondu

Posted by

Press-reliz: Söz Azadlığını Müdafiə Fondu

Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsinin icrasının uğurla başa çatması və layihənin effektivliyinin qiymətləndirilməsi məqsədilə mətbuat konfransı keçirildi.

Mətbuat konfransında təlimçi-ekspert Camalov Şahin Vəkilağa oğlu və Əsgərov Aqşin konfrans iştirakçılarını və mətbuat nümayəndələrini layihənin icrası haqqında məlumatlandırdı. Təlimçi-ekspert bilditmişdir ki, layihənin gerçəkləşməsində məqsəd ümümmilli lider Heydər Əliyevin bizə ərmağan etdiyi azərbaycançılıq ideyasının gənc nəslə aşılanması, onların azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlərə sadiq, multikulturalizm dəyərlərinə hörmət və ehtiram, qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dilaoq hissi ilə yetişdiriliməsidir.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məktəblilərin və gənclərin Azərbaycançılıq idealogiyası və milli-mənəvi dəyərlər sahəsində maarifləndirmə işlərinə verdiyi dəyər və dəstək konfrans iştirakçılarə tərəfindən yüksək qiymətləndirilmiş, gələcəkdə də bu istiqamətdə layihələrin və geniş təbliğat işlərinin davam etdirilməsinin önəmi qeyd edilmişdir. Layihənin eksperti Camalov Şahin isə şagirdlər tərəfindən layihəyə marağın çox böyük olduğunu xüsusilə vurğuladı.

Qeyd etmək lazımdır ki, layihə çərçivəsində Bakı şəhərində və Quba, Qusar, Xaçmaz, Masallı, Lənkəran, Astara rayonlarınında yerləşən məktəblərin 6-9-cu sinif şagirdləri üçün seminar-məşğələlər təşkil olunmuşdur və layihə gənc nəslin birgə-yaşayış qaydaları, multikulturalizm və daha gözəl Azərbaycan naminə yetişdirilməsində müsbət rol oynayacağına inanırıq.

Mətbuat Xidməti

14.16. 2016