PRESS-RELİZ

Posted by

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərinin problemlərinin həlli üçün onların əmək bazarına çıxışı imkanlarının artırılmasına dəstək”  layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artırılmasına kömək etməkdən ibarətdir.  3 ay davam edəcək layihə çərçivəsində məcburi köçkün gənclərin təhsil aldığı 6 orta məktəbdə 9-10-cu siniflərdə təhsil alan ümumilikdə 50 məktəblinin iştirakı ilə təlimlərin keçirilməsi nəzərdə tutlmuşdur. Təlimlər zamanı “Fərdi İnkişaf”, “Hədəfin müəyyənləşdirilməsi”, “Peşə Seçiminə Təsir edən Amillər”, “Gələcəyin peşələri”, “Səmərəli işaxtarma mexanizmləri”  və s. bu kimi mühüm mövzular müzakirə ediləcəkdir.

 

Mətbuat Xidməti